Xeberhub.com xəbər verir ki, bu gün DÇ-2026-nın yarımfinal mərhələsində İngiltərə və Argentina milliləri üz-üzə gələcəklər.
ABŞ-nin "Atlanta Stadium" arenasında keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyunun qalibi finalda İspaniya millisi ilə mübarizə aparacaq. İspaniya yarımfinalın ilk oyununda Fransanı 2:0 hesabı ilə məğlub edərək finala yüksəlib.
Dünya çempionatları tarixində İngiltərə yığması bir dəfə - 1966-cı ildə, Argentina isə üç dəfə - 1978, 1986 və 2022-ci illərdə çempion olub. İngiltərə ümumilikdə iki, Argentina isə altı dəfə finalda iştirak edib.
DÇ-2026, yarımfinal
15 iyul
23:00 – İngiltərə – Argentina
Baş hakim: İsmail Elfat (ABŞ)
Stadion: Atlanta Stadium