Azərbaycan Premyer Liqasında yeni mövsüm başladı: “Turan Tovuz”dan qələbə
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2026/2027-ci illər mövsümünə start verilib.
Xeberhub.com xəbər verir ki, mövsümün açılış qarşılaşması Tovuz şəhərində keçirilib. Yerli “Turan Tovuz” komandası doğma meydanda “Qəbələ”ni qəbul edib.
Gərgin mübarizə şəraitində keçən görüşdə qalib müəyyənləşib. Qarşılaşmanın yeganə qolu 35-ci dəqiqədə Tovuz təmsilçisinin müdafiəçisi Enrike Silvanın dəqiq zərbəsi ilə vurulub.
Beləliklə, “Turan Tovuz” 2026/2027-ci illər mövsümünə 1:0 hesablı qələbə ilə başlayıb, “Qəbələ” isə ilk turdan xalsız ayrılıb.
I turun digər oyunları avqustun 15, 16 və 17-də keçiriləcək.