SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İdman

"Sabah"ın Çempionlar Liqasındakı mümkün rəqibi müəyyənləşdi

👤 📅 👁 5 baxış ⏱ 1 dəq oxuma
"Sabah"ın Çempionlar Liqasındakı mümkün rəqibi müəyyənləşdi

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizə aparmaq üçün "Sabah" klubunun mümkün rəqibləri müəyyənləşib.

İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində Azərbaycan təmsilçisinin növbəti mərhələyə yüksələcəyi təqdirdə qarşılaşa biləcəyi komandalar açıqlanıb.

"Sabah" əvvəlcə Finlandiyanın "KuPS" klubu ilə üz-üzə gələcək. Bakı təmsilçisi bu dueldən qalib ayrılarsa, III təsnifat mərhələsində Danimarkanın "Orxus" və Polşanın "Lex" komandaları arasındakı cütün qalibi ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunları 4-5 və 11 avqust tarixlərində keçiriləcək.

A

Oxşar Xəbərlər