Azərbaycanda beynəlxalq təcrübə nəzərə alınmaqla çevik iş vaxtı rejimlərinin tətbiqi üçün yeni modellərin hazırlanması nəzərdə tutulur.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi **"Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı"**nda yer alıb.
Sənədə əsasən, 2026-2030-cu illər ərzində çevik iş rejimlərinin tətbiqi ilə bağlı normativ hüquqi akt layihələri hazırlanaraq aidiyyəti qurumlara təqdim olunmalıdır.
Tədbirlər planının icrasına məsul qurum kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən edilib.