"Zirə" bu gün UEFA Konfrans Liqasında növbəti oyununa çıxacaq
XeberHub.com Oxu.Az-a istinadən xəbər verir ki, UEFA Konfrans Liqasında Azərbaycanı təmsil edən "Zirə" bu gün I təsnifat mərhələsinin cavab oyununda Gürcüstanın "Torpedo Kutaisi" komandası ilə üz-üzə gələcək.
Qarşılaşma Gürcüstanın Kutaisi şəhərində yerləşən Ramaz Şengeliya stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
"Zirə" ilk oyunda doğma meydanda rəqibini 3:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlmək üçün ciddi üstünlük qazanıb.
Təmsilçimiz bu üstünlüyü qorumağa çalışacaq, "Torpedo Kutaisi" isə öz meydanında geri dönüş etməyə cəhd göstərəcək.