SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İdman

"Qarabağ" daha bir legionerlə yollarını ayırır

👤 📅 👁 8 baxış ⏱ 1 dəq oxuma
"Qarabağ" daha bir legionerlə yollarını ayırır

Xeberhub.com xəbər verir ki, "Qarabağ" daha bir legioner futbolçusu ilə yollarını ayırmağa hazırlaşır.

Futbolinfo.azın Kipr mətbuatına istinadən yaydığı məlumata görə, bu ilin fevralında AEK Larnakadan transfer olunan Ceremi Qnali Ağdam klubunda gözləntiləri doğrultmayıb.

Bildirilib ki, 24 yaşlı fransalı sol cinah müdafiəçisi artıq bir neçə klubdan təklif alıb. "Qarabağ"ın futbolçunu daimi yox, icarə əsasında göndərməyi planlaşdırdığı qeyd olunub.

Qnalinin Azərbaycan çempionu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. O, ötən mövsüm "Qarabağ"ın heyətində cəmi 4 rəsmi oyunda meydana çıxıb.

Oxşar Xəbərlər