SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Dünya

SEPAH ABŞ bazalarına PUA hücumları həyata keçirdiyini açıqladı

👤 📅 👁 7 baxış ⏱ 2 dəq oxuma
SEPAH ABŞ bazalarına PUA hücumları həyata keçirdiyini açıqladı

SEPAH ABŞ bazalarına PUA zərbələri endirdiyini iddia edir

XeberHub.com Oxu.Az-a istinadən xəbər verir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Küveyt, Bəhreyn və İordaniyada yerləşən hərbi bazalarına pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirdiyini açıqlayıb.

İranın "Tasnim" agentliyinin yaydığı məlumata görə, SEPAH-ın açıqlamasında bildirilib ki, "Arəş" tipli PUA-larla ABŞ-nin Küveytdəki "Əli əl-Saləm" bazasında yerləşən radiolokasiya sistemləri, "Patriot" hava hücumundan müdafiə kompleksləri və yanacaq çənləri hədəfə alınıb. Həmçinin bazadakı C-RAM erkən xəbərdarlıq radarı və ABŞ hərbçilərinin toplanış məntəqəsinə də zərbələrin endirildiyi iddia olunub.

Açıqlamada qeyd edilib ki, Bəhreyndə yerləşən "Şeyx İsa" bazasında rabitə və radar sistemləri, o cümlədən SR Hawk radarları və "Patriot" qurğuları da hədəf alınıb.

SEPAH, eyni zamanda, ABŞ-nin İordaniyadakı "Əl-Əzrəq" hərbi bazasına qarşı da PUA hücumları həyata keçirildiyini bildirib. Məlumata görə, bazadakı radiolokasiya stansiyası, rabitə qovşaqları və yanacaq anbarları vurulub.

İran tərəfi bu hücumların İranşəhrdə yerləşən Bampur qarnizonuna edilən və yeddi hərbçinin ölümü ilə nəticələnən hücuma cavab olaraq həyata keçirildiyini iddia edib.

Digər tərəfdən, İordaniya Silahlı Qüvvələrinin Baş Komandanlığı ölkənin hava hücumundan müdafiə sistemlərinin krallığı hədəf alan səkkiz İran ballistik raketini zərərsizləşdirdiyini açıqlayıb.

"Petra" xəbər agentliyinin məlumatına görə, raketlər havada məhv edilib və hadisə nəticəsində xəsarət alan və ya maddi ziyan qeydə alınmayıb.

A

Oxşar Xəbərlər

Şərhlər (0)

Şərh yazın