SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Dünya

Türkiyədə 5 milyon dollarlıq əqrəb zəhəri ələ keçirildi

👤 📅 👁 5 baxış ⏱ 2 dəq oxuma
Türkiyədə 5 milyon dollarlıq əqrəb zəhəri ələ keçirildi

Türkiyənin Yalova vilayətində keçirilən əməliyyat zamanı yüksək bazar dəyərinə malik əqrəb zəhəri müsadirə edilib.

Xeberhub.com xəbər verir ki, **"Haber Global"**ın yaydığı məlumata görə, Yalova Vilayət Jandarm Komandanlığının əməkdaşları qaçaqmalçılıqla mübarizə tədbirləri çərçivəsində saxladıqları avtomobilə baxış keçiriblər. Axtarış zamanı plastik qabda saxlanılan təxminən 500 qram naməlum maddə aşkarlanıb.

Laboratoriya müayinəsinin nəticələrinə əsasən, həmin maddənin əqrəb zəhəri olduğu təsdiqlənib. Araşdırma zamanı müəyyən olunub ki, zəhər Suriya əsilli İ.A. və A.A. tərəfindən qanunsuz yollarla Türkiyəyə gətirilib və satış məqsədilə alıcı axtarılıb.

Məlumata görə, 500 qram əqrəb zəhərinin təxmini bazar dəyəri 5 milyon dollar təşkil edir. Kosmetika, əczaçılıq və elmi tədqiqatlar kimi məhdud sahələrdə istifadə olunduğu bildirilən bu maddə qeyri-qanuni bazarda olduqca yüksək qiymətə satılır.

Faktla bağlı hər iki şübhəli barəsində Qaçaqmalçılıqla Mübarizə Qanunu çərçivəsində məhkəmə və inzibati prosedurlara başlanıldığı bildirilib.

A

Oxşar Xəbərlər