Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın yaydığı məlumata görə, Afrikanın şimalında yerləşən İspaniyanın muxtar Seuta şəhərinə dəniz yolu ilə keçməyə çalışan miqrantlar arasında faciə baş verib.
"El Pais" nəşrinin məlumatına əsasən, üzərək Seutaya çatmağa cəhd edən azı 18 nəfər həyatını itirib.
Məlumata görə, son bir həftə ərzində Mərakeşdən Seutaya dəniz vasitəsilə 1 500-dən çox miqrant daxil olub. Bundan əlavə, bəzi şəxslərin şəhərə quru sərhədindən keçərək çatdığı bildirilir. Hazırda Seutaya daxil olanların dəqiq sayı hələ müəyyənləşdirilməyib.
Miqrant axınının kəskin artması səbəbindən İspaniya hökuməti şəhərdə təhlükəsizlik tədbirlərini gücləndirmək qərarına gəlib. Bu məqsədlə hərbçilərin də prosesə cəlb olunduğu qeyd edilir.