Peşə təhsili müəssisələrinə qəbulun I mərhələsinin nəticələri açıqlanıb
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsi üzrə müsabiqənin nəticələri açıqlanıb.
Xeberhub.com xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, iyulun 23-dən etibarən portal.edu.az platforması üzərindən 39 735 nəfər tərəfindən ümumilikdə 150 354 müraciət daxil olub. Müsabiqənin nəticələrinə əsasən, 24 161 nəfər qəbul olunmaq hüququ qazanıb.
Müsabiqədən uğurla keçən namizədlər avqustun 25-i saat 18:00-dək qəbul olunduqları peşə təhsili müəssisəsinə tələb olunan sənədləri təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Qeyd olunan müddət ərzində qeydiyyatdan keçməyən və ya tələb olunan sənədləri tam şəkildə təqdim etməyən şəxslərin həmin ixtisas üzrə təhsil almaqdan imtina etdiyi hesab olunacaq.