Yevlax-Bərdə yolunda ağır qəza: Sürücü sükan arxasında huşunu itirib
Yevlax-Bərdə avtomobil yolunda iki nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Xeberhub.com xəbər verir ki, bu barədə Oxu.Az məlumat yayıb.
Məlumata görə, hadisə zamanı “Lada” markalı avtomobilin sürücüsü sükan arxasında qəfil huşunu itirib. Nəticədə avtomobil idarəetmədən çıxaraq qarşı hərəkət zolağına keçib və digər nəqliyyat vasitəsi ilə toqquşub.
Hadisə anının videogörüntüləri sosial şəbəkələrdə yayılıb.
İlkin məlumata əsasən, sürücünün şəkərli diabetdən əziyyət çəkdiyi və avtomobili idarə etdiyi zaman səhhətində yaranan problem səbəbindən huşunu itirdiyi bildirilir.
Qəza nəticəsində xəsarət alan olmayıb. Bununla belə, toqquşan hər iki avtomobilə ciddi maddi ziyan dəyib.