SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
Digər

Bu şəxslər hərbi xidmətə çağırış üzrə yekun tibbi müayinədən keçiriləcək

👤 📅 👁 7 baxış ⏱ 2 dəq oxuma
Bu şəxslər hərbi xidmətə çağırış üzrə yekun tibbi müayinədən keçiriləcək

Bu şəxslər hərbi xidmətə çağırış üzrə yekun tibbi müayinədən keçiriləcək

Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlardan hansı kateqoriyalar üzrə rəy alan şəxslərin yekun tibbi müayinəyə cəlb edildiyi açıqlanıb.

Xeberhub.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı rəylər verilən çağırışçılar yekun tibbi müayinəyə cəlb olunurlar:

  • sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında “B” kateqoriyası;
  • sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında “Ç” kateqoriyası;
  • dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlı hesab edilmə haqqında “C” kateqoriyası;
  • həm dinc, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında “D” kateqoriyası.

Qeyd olunub ki, çağırışçıların yekun tibbi müayinəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin Tibbi Qiymətləndirmə Mərkəzində həyata keçirilir.

Müayinə Mərkəzi Hərbi-Həkim Komissiyasının “Tibbi şəhadətləndirmə” altsisteminə daxil etdiyi göndəriş əsasında elektron növbə qaydasında aparılır.

Mərkəzin müasir tibbi avadanlıqlarla təchiz edildiyi və çağırışçıların ixtisaslaşmış həkimlər tərəfindən müxtəlif istiqamətlər üzrə müayinədən keçirildiyi bildirilib.

Burada qan analizləri, oftalmoloji və audiometrik müayinələr, spirometriya, ultrasəs, elektroensefaloqrafiya, exokardioqrafiya, elektromioqrafiya, rentgen, qastroskopiya və stomatoloji müayinələr aparılır.

A

Oxşar Xəbərlər