SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
İdman

“Tvente” – “Qarabağ” oyununa albaniyalı hakim təyin edildi

👤 📅 👁 16 baxış ⏱ 1 dəq oxuma
“Tvente” – “Qarabağ” oyununa albaniyalı hakim təyin edildi

“Tvente” – “Qarabağ” oyununu albaniyalı hakim idarə edəcək

Niderlandın “Tvente” və Azərbaycanın “Qarabağ” komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk qarşılaşmasına hakimlik albaniyalı Yucin Caya həvalə olunub.

Xeberhub.com xəbər verir ki, qarşılaşmanın hakimlər briqadasında Cayanın həmyerliləri Rejdi Avdo və Mario Şazivari yan xətt hakimləri kimi fəaliyyət göstərəcəklər.

Emanuela Rusta oyunun dördüncü hakimi olacaq. VAR sistemində italiyalı Canluka Aureliano, AVAR-da isə albaniyalı Albert Doda yer alacaq.

“Tvente” – “Qarabağ” matçı avqustun 20-də Niderlandda keçiriləcək. Qarşılaşmanın Bakı vaxtı ilə saat 22:00-da başlaması nəzərdə tutulur. Cavab oyunu isə avqustun 27-də baş tutacaq. 

A

Oxşar Xəbərlər