"Azəriqaz"da struktur dəyişikliyi: Yeni departament yaradıldı
"Azəriqaz" İstehsalat Birliyində növbəti struktur islahatı həyata keçirilib. Qurumun Texniki İstismar şöbəsi ləğv olunaraq onun bazasında yeni departament yaradılıb.
XeberHub.com xəbər verir ki, Qaynarinfonun yaydığı məlumata görə, ləğv edilən Texniki İstismar şöbəsinin yerində "Azəriqaz"ın aparatında İstismar Departamenti fəaliyyətə başlayıb.
Məlumata əsasən, indiyədək Texniki İstismar şöbəsinin müdiri vəzifəsində çalışan Səməd Əliyev yeni yaradılan İstismar Departamentinin rəisi təyin edilib.
Qeyd olunur ki, struktur dəyişikliyi ilə bağlı müvafiq əmr "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov tərəfindən imzalanıb.
Yeni departamentin fəaliyyət istiqamətləri və struktur dəyişikliklərinin digər detalları barədə hələlik əlavə məlumat açıqlanmayıb.
Şərhlər (0)
Şərh yazın