SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

ABŞ və İran arasında yeni qarşılıqlı zərbə iddiaları

👤 📅 👁 6 baxış ⏱ 1 dəq oxuma
ABŞ və İran arasında yeni qarşılıqlı zərbə iddiaları

Xeberhub.com xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin İrana qarşı yeni aviazərbələr endirdiyi bildirilir.

"ABC News"un amerikalı rəsmi şəxsə istinadən yaydığı məlumata görə, əməliyyat bir neçə saat davam edib.

İranın "Mehr" agentliyi isə Qəşm adasına "düşmən mərmisi"nin düşdüyünü açıqlayıb. İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.

Bununla yanaşı, İranın "Fars" agentliyi mənbələrə istinadən ABŞ-nin Bəhreyndə yerləşən "Şeyx İsa" aviabazası və ABŞ Beşinci Donanmasının bazasının intensiv raket hücumuna məruz qaldığını iddia edib.

Məlumatda qeyd olunur ki, Bəhreyn istiqamətində hərəkət edən təyyarələrin marşrutları dəyişdirilib və bölgədə təhlükə xəbərdarlığı elan olunub.

Qeyd edək ki, tərəflərin açıqlamaları qarşılıqlı şəkildə irəli sürülüb və bu məlumatlarla bağlı hələlik rəsmi müstəqil təsdiq yoxdur.

A

Oxşar Xəbərlər