SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

WSJ: Çin Putindən sonrakı Rusiya üçün hazırlığa başlayıb

👤 📅 👁 8 baxış ⏱ 2 dəq oxuma
WSJ: Çin Putindən sonrakı Rusiya üçün hazırlığa başlayıb

Xeberhub.com Musavat.com-a istinadən xəbər verir ki, Çin Rusiyada Vladimir Putindən sonrakı dövrə hazırlıq çərçivəsində gələcəkdə ölkənin idarəçiliyində mühüm rol oynaya biləcək siyasi və iqtisadi elita nümayəndələri ilə əlaqələrini genişləndirir.

Bu barədə "The Wall Street Journal" analitiklərə, diplomatlara və vəziyyətlə tanış mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Pekin hakimiyyət dəyişikliyi baş versə belə, Rusiyadakı təsir imkanlarını qoruyub saxlamağa çalışır. Mənbələrin fikrincə, Putinin formalaşdırdığı anti-Qərb siyasi xətt onun hakimiyyətdən getməsindən sonra da davam edə bilər. Bu səbəbdən Çin gələcəkdə ölkə rəhbərliyində söz sahibi ola biləcək şəxslərlə münasibətləri indidən möhkəmləndirir.

Nəşr yazır ki, son illərdə Rusiya hakimiyyəti Çin kəşfiyyatının fəaliyyətinin artması ilə daha çox qarşılaşsa da, Moskva iki ölkə arasındakı münasibətlərə xələl gəlməməsi üçün bu halları ictimaiyyətə açıqlamamağa üstünlük verir.

Qeyd olunur ki, tərəflər arasında "hüdudsuz tərəfdaşlıq" bəyanatları verilsə də, Moskva ilə Pekin arasında bəzi mühüm məsələlərdə fikir ayrılıqları qalmaqdadı

A

Oxşar Xəbərlər