SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Digər

Bakıda güclü küləklə bağlı sarı xəbərdarlıq verildi

👤 📅 👁 6 baxış ⏱ 1 dəq oxuma
Bakıda güclü küləklə bağlı sarı xəbərdarlıq verildi

Xeberhub.com xəbər verir ki, Azərbaycanda gözlənilən güclü küləklə əlaqədar sarı xəbərdarlıq elan edilib.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 15-16-da Bakı və Abşeron yarımadasında, eləcə də bir sıra rayonlarda küləkli hava şəraiti müşahidə olunacaq.

Bildirilib ki, paytaxt və Abşeron yarımadasında şimal-qərb küləyinin, bəzi bölgələrdə isə şərq küləyinin əsəcəyi gözlənilir. Küləyin sürətinin saniyədə 13,9-20,7 metr arasında olacağı proqnozlaşdırılır.

Sarı xəbərdarlıq Quba, Qusar, Şabran, Siyəzən, Xızı, Xaçmaz, Hacıqabul, Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlı, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Gədəbəy, Daşkəsən, Goranboy, Naftalan, Samux, Gəncə, Mingəçevir, Ordubad və Culfa rayonlarını da əhatə edir.

A

Oxşar Xəbərlər