SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

SEPAH Küveytdəki ABŞ bazalarına zərbə endirdiyini açıqladı

👤 📅 👁 4 baxış ⏱ 2 dəq oxuma
SEPAH Küveytdəki ABŞ bazalarına zərbə endirdiyini açıqladı

Xeberhub.com RBK-ya istinadən xəbər verir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdə yerləşən ABŞ hərbi bazalarına pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini açıqlayıb.

SEPAH-ın yaydığı məlumata görə, hücum zamanı ABŞ ordusunun Əl-Adyeri bazasındakı sursat anbarı, eləcə də Əl-Salem hərbi bazasında yerləşən "Patriot" hava hücumundan müdafiə sistemləri və radarları hədəfə alınıb.

Qurum bəyan edib ki, əməliyyat ABŞ-ın son hərbi fəaliyyətlərinə, İran vətəndaşlarının həlak olmasına, həmçinin ölkənin infrastrukturuna və mülki obyektlərinə endirilən zərbələrə cavab məqsədi daşıyır.

SEPAH bundan əvvəl də Küveyt Milli Neft Şirkətinin filialına uğurlu zərbə endirdiyini iddia etmişdi.

Xatırladaq ki, iyulun 19-na keçən gecə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisinə qarşı yeni hərbi əməliyyatların başladığını açıqlamışdı. Vaşinqton həmin zərbələrin, o cümlədən İordaniyada ABŞ hərbçilərinə qarşı həyata keçirilən hücumlara cavab olaraq endirildiyini bildirmişdi.


A

Oxşar Xəbərlər