SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

ABŞ HHM raketlərini qorumaq üçün strategiyasını dəyişib

👤 📅 👁 5 baxış ⏱ 2 dəq oxuma
ABŞ HHM raketlərini qorumaq üçün strategiyasını dəyişib

ABŞ hərbi komandanlığı hava hücumundan müdafiə sistemlərinin raket ehtiyatlarını qorumaq məqsədilə müdafiə strategiyasında müəyyən dəyişikliklər edib.

XeberHub.com xəbər verir ki, Axar.az-ın NBC-yə istinadən yaydığı məlumata görə, ABŞ komandanlığı İran tərəfindən buraxılan bəzi raket və pilotsuz uçuş aparatlarının (PUA) müdafiə xəttini keçməsinə nəzarətli şəkildə imkan verir.

Məlumata əsasən, münaqişənin başlanmasından bəri İran təxminən 9 min raket və PUA buraxıb. Bu səbəbdən ABŞ hərbi qüvvələri hazırda əsas diqqəti birbaşa amerikalı hərbçiləri hədəf alan təhlükələrin zərərsizləşdirilməsinə yönəldib.

Bildirilir ki, bu yanaşma çərçivəsində uçuş-enmə zolaqları, radar sistemləri və yanacaq anbarlarına yönələn bəzi hücumların qarşısı alınmır. Məqsəd "Patriot", THAADSM seriyalı hava hücumundan müdafiə raketlərinin ehtiyatını qorumaqdır.

NBC-nin məlumatında vurğulanır ki, bu tip raketlərin istehsalı və ehtiyatlarının bərpası uzun müddət tələb etdiyindən, ABŞ komandanlığı onların istifadəsinə daha ehtiyatla yanaşır.

A

Oxşar Xəbərlər