Rusiya Prezidenti Vladimir Putin miqrant işçilərin ailə üzvlərinin ölkədə qalma qaydalarını tənzimləyən yeni qanunu təsdiqləyib.
XeberHub.com xəbər verir ki, Axar.az-ın məlumatına görə, iyulun 26-da rəsmi hüquqi informasiya portalında dərc olunan qanuna əsasən, miqrant işçilərin yetkinlik yaşına çatan övladları müəyyən müddət ərzində Rusiyanı tərk etməli olacaqlar.
Yeni qaydalara əsasən, xarici vətəndaşların azyaşlı övladları valideynlərinin iş icazəsi qüvvədə olduğu müddətdə Rusiyada müvəqqəti yaşamaq hüququnu qoruyur. Lakin onlar 18 yaşına çatdıqdan sonra 30 gün ərzində ölkəni tərk etməlidirlər.
Qanunda bu tələbdən iki istisna müəyyən edilib. Belə ki, 18 yaşını tamamlayan şəxs öz adına əmək patenti əldə edərsə və ya Rusiyada qalmaq üçün başqa qanuni əsaslara malik olarsa, ölkədə yaşamağa davam edə bilər.