Xeberhub.com xəbər verir ki, AZƏRTAC-ın yaydığı məlumata görə, Qırğızıstan Prezidenti Sadır Japarov ölkəsi ilə Azərbaycan arasında mövcud münasibətlərin tarixi köklərə və mənəvi yaxınlığa əsaslandığını bildirib.
Sadır Japarov bu fikirləri Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclasında çıxışı zamanı səsləndirib.
Qırğızıstan Prezidenti qeyd edib ki, iki xalqı birləşdirən ortaq dəyərlər onların zəngin mədəni irsində öz əksini tapır. O, çıxışı zamanı dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Qazanılan hər bir dost səmanın bəxş etdiyi bir nemətdir" fikrini xatırladıb.
Sadır Japarov vurğulayıb ki, Qırğızıstan və Azərbaycan bir-birini etibarlı dost kimi qazanıb və bu dostluq münasibətləri gələcəkdə də uğurla inkişaf edəcək.