SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Tramp sui-qəsd təhlükəsi ilə bağlı zarafat edib – İDDİA

👤 📅 👁 6 baxış ⏱ 2 dəq oxuma
Tramp sui-qəsd təhlükəsi ilə bağlı zarafat edib – İDDİA

ABŞ Prezidenti Donald Trampın həyatına mümkün sui-qəsd təhlükəsi ilə bağlı mövqeyi barədə yeni iddia ortaya atılıb.

Xeberhub.com xəbər verir ki, Axar.az-ın istinad etdiyi “Semafor” portalının məlumatına görə, Donald Tramp ictimai çıxışlarında həyatına qarşı mümkün sui-qəsd cəhdləri mövzusuna toxunsa da, şəxsi söhbətlərdə bu barədə ciddi danışmağa meyilli deyil.

Mənbənin iddiasına əsasən, Tramp bu mövzu gündəmə gələndə vəziyyəti zarafatla qarşılamağa üstünlük verir və təhlükə barədə açıq narahatlıq ifadə etmir.

Bildirilir ki, ABŞ prezidenti söhbətlərindən birində bu barədə belə zarafat edib:

"Heç kim məni prezidentlərin üzləşdiyi təhlükələr barədə xəbərdar etməyib. Əgər bunu əvvəlcədən bilsəydim, prezidentliyə namizədliyimi irəli sürməzdim".

Qeyd edək ki, xəbərdə yer alan məlumatlar “Semafor” portalının mənbələrinə əsaslanır. Bununla bağlı Ağ Ev və ya Donald Tramp tərəfindən hələlik rəsmi açıqlama verilməyib.

A

Oxşar Xəbərlər