Xeberhub.com Rusiya mediasına istinadən xəbər verir ki, Rusiyanın Krasnodar diyarı pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 10 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Bölgənin qubernatoru Veniamin Kondratyev bildirib ki, hücum zamanı Armavir şəhərində yerləşən "Wildberries" şirkətinin anbarında çalışan əməkdaş həyatını itirib.
Onun sözlərinə görə, yaralananlardan üç nəfərin vəziyyəti ağır, bir nəfərin vəziyyəti orta ağır qiymətləndirilir. Həmin şəxslər xəstəxanaya yerləşdirilib. Digər altı nəfərə isə hadisə yerində ambulator tibbi yardım göstərilib.
Qubernator əlavə edib ki, PUA qalıqları Krasnodar şəhərində iki çoxmənzilli yaşayış binasına, Dinskaya yaşayış məntəqəsində isə iki fərdi evə düşüb. Bu hadisələr zamanı xəsarət alan olmayıb.