İran SEPAH-ı İordaniyada yerləşən "Əl-Əzrəq" hərbi bazasına raket zərbəsi endirdiyini iddia edib.
Xeberhub.com xəbər verir ki, "Press TV"nin SEPAH-ın mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, İran silahlı qüvvələri ABŞ-nin İrana həyata keçirdiyi hücumlara cavab olaraq İordaniyada yerləşən "Əl-Əzrəq" hərbi bazasını ballistik raketlərlə hədəfə alıb.
Məlumatda bildirilir ki, hücum nəticəsində ABŞ-a məxsus üç ədəd F-35 qırıcı təyyarəsi tamamilə məhv edilib, daha üç döyüş təyyarəsi isə ciddi ziyan görüb.
SEPAH-ın açıqlamasına əsasən, raket zərbələri zamanı bir neçə ABŞ hərbçisi, həmçinin texniki və xidməti personal arasında ağır yaralananlar da olub.
Qeyd: Xəbərdə yer alan məlumatlar SEPAH-ın mətbuat xidməti və "Press TV"nin yaydığı açıqlamaya əsaslanır. İddialarla bağlı ABŞ və ya digər müstəqil mənbələr tərəfindən hələlik rəsmi təsdiq verilməyib.