İranın xarici işlər naziri Abbas Əraqçı Xəzər dənizində ticarət gəmisinə edilən hücumla bağlı sərt açıqlama verib.
XeberHub.com xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, Abbas Əraqçı bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
İranlı nazir bildirib ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas və Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi danışıqlarda sözügedən insidenti müzakirə edib.
Əraqçının sözlərinə görə, o, hər iki tərəfə Xəzər dənizində ticarət gəmisinə edilən hücumun cavabsız qalmayacağını vurğulayıb.
İran XİN rəhbəri, həmçinin iddia edib ki, hücum Ukrayna Silahlı Qüvvələri tərəfindən İsrailin göstərişi ilə həyata keçirilib və əsas məqsəd Avropa ölkələrini İranla münaqişəyə cəlb etmək olub.
Qeyd edək ki, bu açıqlamalar İran tərəfinin mövqeyini əks etdirir və iddialarla bağlı digər tərəflərdən rəsmi təsdiq təqdim olunmayıb.