Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yola düşüb
XeberHub.com Oxu.Az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yola düşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində iyulun 17-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə ikitərəfli görüşün keçirilməsi planlaşdırılır.
Görüş zamanı Azərbaycan-Rusiya münasibətlərinin cari vəziyyəti, ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərin müzakirə olunacağı gözlənilir.