SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Dünya

Venesuelada zəlzələ qurbanlarının sayının artdığı bildirilir

👤 📅 👁 8 baxış ⏱ 2 dəq oxuma
Venesuelada zəlzələ qurbanlarının sayının artdığı bildirilir

Venesuelada zəlzələ qurbanlarının sayının 4 829-a çatdığı bildirilir

XeberHub.com Oxu.Az-a istinadən xəbər verir ki, Venesuelada baş vermiş güclü zəlzələdən sonra həyatını itirənlərin sayının 4 829 nəfərə çatdığı bildirilir.

Məlumata görə, təbii fəlakət nəticəsində 16 740 nəfər xəsarət alıb, 6 462 nəfər isə xilas edilib.

Rəsmi məlumatlarda qeyd olunur ki, zəlzələnin baş verdiyi bölgədə 128 324 ailəyə yardım göstərilib, 17 907 nəfər evsiz qalıb. Zərərçəkənlərin yerləşdirilməsi üçün 106 müvəqqəti sığınacaq yaradılıb və burada təxminən 21 min nəfər məskunlaşdırılıb.

Bildirilib ki, axtarış-xilasetmə əməliyyatlarına 30 989 hərbçi, 31 315 könüllü2 408 beynəlxalq xilasedici cəlb olunub. Bundan başqa, 34 872 nəfərə tibbi yardım göstərilib.

Məlumata əsasən, zəlzələdən zərər çəkən əhaliyə 10 tondan çox ərzaq24 milyon litrdən artıq içməli su çatdırılıb. Həmçinin, bölgədə 1 284 afterşok (təkrar yeraltı təkan) qeydə alınıb.

Qeyd edək ki, məlumatda iyunun 24-də Venesuelada təxminən 40 saniyə fasilə ilə 7,27,5 bal gücündə iki güclü zəlzələnin baş verdiyi bildirilib.

A

Oxşar Xəbərlər