Xeberhub.com "Daily Mirror" nəşrinə istinadən xəbər verir ki, Şri-Lankada qoruyucu dəbilqə istehsalı zavodunda baş verən yanğın nəticəsində azı beş nəfər həyatını itirib.
Məlumata görə, hadisə Kolombo şəhərindən təxminən 24 kilometr cənub-şərqdə yerləşən Xomaqama şəhərinin sənaye zonasında baş verib.
"Xinhua" agentliyinin yerli polisə istinadən yaydığı xəbərə əsasən, yanğın zamanı zavodun daxilində 80-dən çox əməkdaş olub.
Yanğının söndürülməsi üçün hadisə yerinə 10-a yaxın xüsusi texnika cəlb edilib. Fövqəladə hallar əməkdaşları alovu nəzarət altına almağa nail olublar.
Hazırda xilasedici qruplar binada köməksiz vəziyyətdə qala biləcək şəxslərin müəyyənləşdirilməsi üçün axtarış işlərini davam etdirirlər.