SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Dünya

Alyaskada ekspedisiya gəmisində növbəti norovirus hadisəsi qeydə alındı

👤 📅 👁 4 baxış ⏱ 2 dəq oxuma
Alyaskada ekspedisiya gəmisində növbəti norovirus hadisəsi qeydə alındı

Xeberhub.com "New York Post" nəşrinə istinadən xəbər verir ki, Alyaska akvatoriyasında hərəkət edən ekspedisiya gəmisində növbəti norovirus infeksiyası qeydə alınıb.

ABŞ səhiyyə qurumlarının məlumatına görə, hazırda gəmidə olan sərnişinlərin təxminən üçdə biri bu xəstəlikdən əziyyət çəkir. Bildirilib ki, may ayının sonlarından etibarən bu, həmin gəmidə baş verən üçüncü norovirus hadisəsidir.

Məlumata əsasən, infeksiya iyulun 12-də "National Geographic Sea Bird" gəmisində aşkarlanıb. Gəmi Sitka limanından yola çıxdıqdan iki gün sonra və iyulun 15-də Cuno şəhərinə çatması planlaşdırılan tarixdən üç gün əvvəl xəstəlik halları qeydə alınıb.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, gəmidəki 62 sərnişindən 18-də bağırsaq infeksiyası aşkarlanıb. Xəstələrdə qusma və qarın nahiyəsində spazmlar müşahidə olunub.

Xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə gəmi heyəti xəstə sərnişinləri təcrid edib. Həmçinin dezinfeksiya və təmizlik tədbirlərinin gücləndirildiyi bildirilib.

ABŞ səhiyyə qurumları norovirusun yayılma mənbəyinin hələ müəyyən edilmədiyini açıqlayıb.

A

Oxşar Xəbərlər