SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib

👤 📅 👁 4 baxış ⏱ 1 dəq oxuma
İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib

Xeberhub.com AZƏRTAC-a istinadən xəbər verir ki, iyulun 21-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilib.

Məlumata görə, Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts dövlətimizin başçısını qarşılayıb.

Mərasim zamanı Almaniya nümayəndə heyəti Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Federal Kansler Fridrix Mertsə təqdim olunub.

Daha sonra fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti və Almaniya Federal Kanslerinə raport verib.

Tədbirdə Azərbaycan Respublikasının və Almaniya Federativ Respublikasının dövlət himnləri səsləndirilib.

Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts fəxri qarovul dəstəsinin qarşısından keçiblər.


A

Oxşar Xəbərlər