SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Dünya

Çexiyada iki avtobusun toqquşması nəticəsində 17 nəfər xəsarət aldı

👤 📅 👁 12 baxış ⏱ 1 dəq oxuma
Çexiyada iki avtobusun toqquşması nəticəsində 17 nəfər xəsarət aldı

Çexiyanın paytaxtı Praqanın yaxınlığında baş verən yol-nəqliyyat hadisəsində çoxsaylı insan xəsarət alıb.

Xeberhub.com xəbər verir ki, CTK informasiya agentliyinin yaydığı məlumata görə, Liditse qəsəbəsində iki avtobusun toqquşması nəticəsində ümumilikdə 17 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Məlumata əsasən, yaralılardan birinin vəziyyəti orta ağır qiymətləndirilib. O, təcili tibbi yardım helikopteri ilə Praqadakı xəstəxanalardan birinə çatdırılıb.

Qəzanın yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 08:00) baş verdiyi bildirilir. Hadisədən sonra polis ərazidə nəqliyyatın hərəkətini müvəqqəti dayandırıb və qəzanın başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlayıb.

Hadisə yerindən yayılan görüntülərə əsasən, toqquşmanın təsiri nəticəsində avtobuslardan birinin ön hissəsinə ciddi ziyan dəyib və nəqliyyat vasitəsi demək olar ki, tamamilə yararsız vəziyyətə düşüb.

A

Oxşar Xəbərlər

Şərhlər (0)

Şərh yazın