Argentina azarkeşləri DÇ-2026 finalının yenidən keçirilməsini tələb edirlər.
XeberHub.com xəbər verir ki, championat.com-un yaydığı məlumata əsasən, Argentina millisinin azarkeşləri 2026-cı il dünya çempionatının final matçının nəticəsinə etiraz edərək oyunun yenidən keçirilməsi üçün petisiya başladıb.
Xatırladaq ki, mundialın finalında Argentina millisi İspaniyaya 0:1 hesabı ilə məğlub olub. Qarşılaşmanı sloveniyalı baş hakim Slavko Vinçiç idarə edib.
Argentina tərəfdarları Change.org platformasında yaratdıqları petisiyada matçın gedişinə təsir göstərdiyini iddia etdikləri hakim qərarlarından narazılıqlarını ifadə edərək FIFA-nı final oyununu yenidən keçirməyə çağırıblar. Müraciətə artıq 60 mindən çox şəxs imza atıb.
Məsələyə İspaniyanın nəqliyyat naziri Oskar Puente də münasibət bildirib. O, sosial şəbəkədə paylaşdığı istehzalı açıqlamada deyib:
"Görünür, onlar nəhayət qapıya zərbə endirə bilmək üçün daha 120 dəqiqə oynamaq istəyirlər."