SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Dünya

Çində torpaq sürüşməsi faciəsi: Beş nəfər həyatını itirdi

👤 📅 👁 8 baxış ⏱ 1 dəq oxuma
Çində torpaq sürüşməsi faciəsi: Beş nəfər həyatını itirdi

Çinin şimalında baş verən torpaq sürüşməsi insan tələfatına səbəb olub.

XeberHub.com xəbər verir ki, Sinxua informasiya agentliyinin yaydığı məlumata görə, hadisə nəticəsində azı beş nəfər həyatını itirib.

Bildirilib ki, torpaq sürüşməsi günün ikinci yarısında Linfen şəhər dairəsində yerləşən yaşayış məntəqələrindən birində qeydə alınıb. Hadisə yerinə xilasedicilər və aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Məlumata əsasən, hadisənin baş verdiyi bölgədə yay aylarında intensiv yağıntılar tez-tez müşahidə olunur. Güclü yağışlar isə mütəmadi olaraq daşqınlar və torpaq sürüşmələri kimi təbii fəlakətlərə səbəb olur.

A

Oxşar Xəbərlər