SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Sui-qəsd təhlükəsi Trampı təyyarəsini dəyişməyə məcbur etdi

👤 📅 👁 4 baxış ⏱ 2 dəq oxuma
Sui-qəsd təhlükəsi Trampı təyyarəsini dəyişməyə məcbur etdi

ABŞ Prezidenti Donald Trampın Türkiyəyə səfəri zamanı istifadə etdiyi prezident təyyarəsi təhlükəsizlik səbəbindən son anda dəyişdirilib.

XeberHub.com xəbər verir ki, The New York Times nəşrinin yaydığı məlumata görə, ABŞ məxfi xidməti Trampa iranyönlü qruplaşmalar tərəfindən mümkün hücum təhlükəsi barədə xəbərdarlıq edib. Bu səbəbdən prezident Qətərin ABŞ-yə hədiyyə etdiyi "Boeing 747-8" təyyarəsindən imtina edərək əvvəlki "Air Force One" hava gəmisindən istifadə edib.

Məlumata əsasən, təyyarənin dəyişdirilməsi ilə bağlı qərar Böyük Britaniyanın şərqində yerləşən Mildenholl hərbi hava bazasında verilən təhlükəsizlik qiymətləndirməsindən sonra qəbul olunub.

Qeyd edilib ki, söhbət Qətər monarxiyası tərəfindən ABŞ-yə hədiyyə edilən və təxminən 400 milyon dollar dəyərində qiymətləndirilən "Boeing 747-8" təyyarəsindən gedir. Nəşrin yazdığına görə, bu hədiyyənin dəyəri son 25 ildə ABŞ prezidentlərinə təqdim olunan bütün hədiyyələrin ümumi məbləğini təxminən 100 dəfə üstələyir.

A

Oxşar Xəbərlər