SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İdman

ÇSKA – Qarabağ oyununun biletləri satışa çıxarılır

👤 📅 👁 9 baxış ⏱ 1 dəq oxuma
ÇSKA – Qarabağ oyununun biletləri satışa çıxarılır

UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək ÇSKA (Sofiya) – "Qarabağ" cavab qarşılaşmasının biletləri satışa çıxarılır.

XeberHub.com xəbər verir ki, "Qarabağ" Futbol Klubunun yaydığı məlumata görə, azarkeşlər biletləri bu gün saat 17:00-dan etibarən iTicket.az vasitəsilə onlayn əldə edə biləcəklər.

Klubun açıqlamasında bildirilib ki, bir biletin qiyməti 28 manat müəyyənləşdirilib. Sofiyadakı "Vasil Levski" stadionunda "Qarabağ" azarkeşləri üçün ümumilikdə 800 yer ayrılıb.

Xatırladaq ki, komandalar arasında Bakıda keçirilən ilk qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Tərəflər arasındakı cavab oyunu 30 iyul tarixində Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək və görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

A

Oxşar Xəbərlər