SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Praqnoz

Abşeron çimərliklərində sabahın hava proqnozu açıqlandı

👤 📅 👁 3 baxış ⏱ 1 dəq oxuma
Abşeron çimərliklərində sabahın hava proqnozu açıqlandı

Abşeron çimərliklərində sabahın hava proqnozu açıqlanıb.

XeberHub.com xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata əsasən, iyulun 25-də Abşeron çimərliklərində hava şəraitinin əlverişli keçəcəyi gözlənilir.

Məlumata görə, gün ərzində şimal-şərq küləyi əsəcək, günün ikinci yarısında isə küləyin istiqaməti dəyişərək cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal istiqamətində yerləşən çimərliklərdə — Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada 27–28 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində isə — Türkan, Hövsan, Sahil və Şıxda dəniz suyunun temperaturunun 28–29 dərəcə isti olacağı proqnozlaşdırılır.

A

Oxşar Xəbərlər