Xeberhub.com xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, iyulun 25-də ölkə ərazisində əsasən sabit və isti hava şəraiti müşahidə olunacaq.
Bakıda və Abşeron yarımadasında gün ərzində hava günəşli keçəcək. Səhər saatlarında şimal-şərq istiqamətindən əsən küləyin günorta saatlarından etibarən cənub-şərq küləyi ilə əvəzlənəcəyi gözlənilir. Paytaxtda gecə temperaturunun 22-26, gündüz isə 33-38 dərəcə isti olacağı proqnozlaşdırılır. Atmosfer təzyiqi 754 mm civə sütunu, nisbi rütubət isə gecə 60-70 faiz, gündüz 40-50 faiz təşkil edəcək.
Rayonlarda da əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Bununla yanaşı, günün ikinci yarısında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış, şimşək və dolu ehtimalı var. Dağlıq ərazilərdə arabir duman müşahidə olunacaq, şərq küləyi isə bəzi yerlərdə gündüz saatlarında güclənəcək.
Bölgələrdə havanın temperaturu gecə 22-27, gündüz 35-39 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 15-20, gündüz 25-30 dərəcə isti olacaq.