SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

İlham Əliyev qonşu ölkələrə səsləndi

👤 📅 👁 17 baxış ⏱ 1 dəq oxuma
İlham Əliyev qonşu ölkələrə səsləndi

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı İran və ABŞ arasında yaşanan gərginliyə toxunaraq region ölkələrinə çağırış edib.

Dövlət başçısı bildirib ki, qonşu dövlətlər məsuliyyətli davranmalı, gərginliyin aradan qaldırılması və münasibətlərin qısa zamanda normallaşması üçün səy göstərməlidirlər. Onun sözlərinə görə, mövcud qarşıdurmanın daha da böyüyərək qlobal münaqişəyə çevrilməsi ciddi təhlükə yarada bilər.

Prezident İlham Əliyev eyni zamanda ümid etdiyini bildirib ki, Pakistanlı dostların vasitəçilik səyləri nəticəsində tərəflər arasında yaranmış gərginliyə son qoyulacaq.

A

Oxşar Xəbərlər