SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

İlham Əliyev: Cənubi Qafqaz geosiyasi qarşıdurma arenası olmamalıdır

👤 📅 👁 10 baxış ⏱ 1 dəq oxuma
İlham Əliyev: Cənubi Qafqaz geosiyasi qarşıdurma arenası olmamalıdır

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı Cənubi Qafqazdakı geosiyasi vəziyyətə münasibət bildirib.

Dövlət başçısı qeyd edib ki, Cənubi Qafqaz geosiyasi qarşıdurmaların meydanına çevrilməməlidir və Azərbaycanın həyata keçirdiyi siyasət bunun qarşısını almağa imkan verib.

Prezident vurğulayıb ki, ölkə geosiyasi intriqaların təsiri altına düşməyib və heç bir xarici aktora Azərbaycandan öz maraqları naminə istifadə etmək imkanı verilməyib.

Oxşar Xəbərlər