SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq gündəliyi üzrə Birgə Bəyannamə imzalandı

👤 📅 👁 6 baxış ⏱ 3 dəq oxuma
Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq gündəliyi üzrə Birgə Bəyannamə imzalandı

Xəbər

Xeberhub.com AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə imzalanıb.

Sənədə Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Federal Kansleri Fridrix Merts imza atıblar.

Birgə Bəyannamədə iki ölkə arasında uzunmüddətli və dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi, qarşılıqlı etimad əsasında tərəfdaşlığın gücləndirilməsi məqsədi əksini tapıb.

Sənəddə Azərbaycan və Almaniyanın dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etdikləri, beynəlxalq hüququn əsas prinsiplərinə sadiq qaldıqları vurğulanır.

Bəyannamədə Azərbaycan-Ermənistan münasibətlərində əldə olunan irəliləyişlər də qeyd olunub. Almaniya tərəfi regionda davamlı sülhün təmin olunmasına yönəlmiş səylərə dəstəyini ifadə edib.

Sənəddə Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığının strateji əhəmiyyəti vurğulanaraq, siyasi dialoqun və praktiki əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi qeyd edilib.

Birgə Bəyannaməyə əsasən, Azərbaycan və Almaniya arasında əməkdaşlıq bir neçə əsas istiqaməti əhatə edəcək:

  • Siyasi və diplomatik sahə: Dövlət qurumları arasında müntəzəm məsləhətləşmələr, yüksək səviyyəli səfərlər və ortaq maraq doğuran məsələlər üzrə dialoqun gücləndirilməsi;
  • İqtisadi və ticarət sahəsi: Ticarət əlaqələrinin və investisiya imkanlarının artırılması, kənd təsərrüfatı, yaşıl enerji, enerji səmərəliliyi, infrastruktur və davamlı inkişaf istiqamətlərində əməkdaşlığın genişləndirilməsi;
  • Təhlükəsizlik və müdafiə sahəsi: Regional təhlükəsizlik məsələləri, mina təmizləmə, müdafiə sənayesi və mütəxəssis mübadiləsi üzrə əməkdaşlığın inkişaf etdirilməsi;
  • Mədəniyyət və təhsil sahəsi: Mədəni mübadilələrin, peşə təhsilinin, elmi layihələrin və akademik əlaqələrin genişləndirilməsi;
  • Elm, texnologiya və innovasiya sahəsi: Rəqəmsal transformasiya, sənayenin modernləşdirilməsi və yeni texnologiyalar üzrə birgə fəaliyyətin təşviqi.

Qeyd edilib ki, sənəd çərçivəsində nəzərdə tutulan fəaliyyətlər tərəflərin mövcud imkanları və qanunvericiliklərinə uyğun şəkildə həyata keçiriləcək.

Birgə Bəyannamə 21 iyul 2026-cı il tarixində Berlin şəhərində ingilis dilində iki nüsxədə imzalanıb.


A

Oxşar Xəbərlər