SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Dünya

Vyetnamda avtobus qəzası: 7 nəfər öldü, 5 nəfər yaralandı

👤 📅 👁 10 baxış ⏱ 1 dəq oxuma
Vyetnamda avtobus qəzası: 7 nəfər öldü, 5 nəfər yaralandı

Xeberhub.com Oxu.Az-a istinadən xəbər verir ki, Vyetnamda ağır yol-nəqliyyat hadisəsi baş verib. Donq Nay şəhəri yaxınlığında yataq tipli sərnişin avtobusunun qəzaya uğraması nəticəsində yeddi nəfər ölüb, beş nəfər isə xəsarət alıb.

"ABC News"un rəsmi qurumlara istinadən yaydığı məlumata görə, hadisə zamanı avtobus idarəetməni itirərək yol kənarındakı torpaq bəndə çırpılıb.

Məlumata əsasən, ilk toqquşmadan sonra hərəkətini davam etdirən avtobus daha sonra ikinci torpaq maneəyə çırpılaraq dayanıb. Bundan sonra nəqliyyat vasitəsində yanğın baş verib və alov qısa müddətdə avtobusun salonunu əhatə edib.

Hadisə zamanı xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb. Onların vəziyyəti barədə əlavə məlumat verilməyib.

Qəzanın başvermə səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmalara başlanılıb.


A

Oxşar Xəbərlər