SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
Dünya

Misirdə güclü istilər: Piramidalara ziyarətlər məhdudlaşdırıldı

👤 📅 👁 12 baxış ⏱ 3 dəq oxuma
Misirdə güclü istilər: Piramidalara ziyarətlər məhdudlaşdırıldı

Misirdə anomal istilər: Piramidalar və qədim abidələrə ziyarətlər məhdudlaşdırıldı

Xeberhub.com xəbər verir ki, Misir hakimiyyəti ölkədə hökm sürən ekstremal istilərlə əlaqədar Giza piramidaları və Luksordakı qədim abidələrə gündüz saatlarında təşkil olunan ekskursiyaların vaxtını məhdudlaşdırıb.

Lent.az-ın məlumatına görə, hazırda ən yüksək temperatur Misirin mərkəzi və cənub bölgələrində qeydə alınır. Qahirədə gündüz saatlarında kölgədə temperaturun 36 dərəcəyədək, Luksor və Asuanda isə müvafiq olaraq 42 və 45 dərəcəyədək yüksəldiyi bildirilir.

Yeni qaydalara əsasən, Giza piramidaları və Luksordakı qədim məzarların ziyarətinin səhərin erkən saatlarında, saat 10:00-11:00-dək keçirilməsi və ya gün batdıqdan sonra axşam saatlarına salınması tövsiyə olunur.

Mütəxəssislər qərarın əsas məqsədinin turistlərin sağlamlığını qorumaq olduğunu bildirirlər. Qeyd olunur ki, açıq ərazilərdə kölgənin az olması, gün ərzində qızan daş səthlərin isə istilik təsirini artırması uzun müddət günəş altında qalan insanların səhhəti üçün risk yaradır. Bu şəraitdə həddindən artıq isinmə və günvurma təhlükəsi artır.

İsti hava turistlərin səyahət seçimlərinə də təsir göstərib. Turist axınının bir hissəsinin Qırmızı dəniz sahilində yerləşən Hurqada və Marsa-Alam, həmçinin Aralıq dənizi sahilindəki İsgəndəriyyə və Əl-Alameyn kimi kurortlara yönəldiyi bildirilir.

Bununla yanaşı, yüksək temperatur hotellərdə kondisioner sistemlərindən istifadənin artmasına səbəb olub. Nəticədə müəssisələrin elektrik enerjisinə çəkdiyi xərclərin də yüksəldiyi qeyd edilir.

Misir turizmi üzrə ekspert Fuad əl-Gohari səyahətçilərə gündəlik fəaliyyətlərini hava şəraitinə uyğunlaşdırmağı və günün ən isti saatlarını qapalı məkanlarda keçirməyi tövsiyə edib. O, açıq havada keçirilən tədbir və digər fəaliyyətlərin axşam saatlarına planlaşdırılmasını daha məqsədəuyğun hesab edir.

A

Oxşar Xəbərlər