Mərkəzi Afrika Respublikasında yanacaq tankerinin aşması nəticəsində azı 20 nəfər ölüb.
Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın RFI-yə istinadən yaydığı məlumata görə, hadisə ölkənin paytaxtı Bangidə baş verib.
Məlumata əsasən, insanların sıx olduğu yolda hərəkətdə olan yanacaq tankeri aşıb. Qəza nəticəsində tanker piyadaları vurub.
Hadisə zamanı azı 20 nəfər həyatını itirib, onlarla insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralananlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Ölənlərin sayının artacağı istisna edilmir.