SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Dünya

Avropada güclü istilər: Sardiniyada temperatur 47 dərəcəyə yüksəlib

👤 📅 👁 4 baxış ⏱ 2 dəq oxuma
Avropada güclü istilər: Sardiniyada temperatur 47 dərəcəyə yüksəlib

Xeberhub.com xəbər verir ki, xarici KİV-in yaydığı məlumata görə, Avropada yay mövsümünün ən isti dövrü başlayır. Mütəxəssislər bildirirlər ki, ən güclü və uzunmüddətli isti hava dalğaları adətən iyulun son ongünlüyü və avqustun ilk ongünlüyündə müşahidə olunur.

Hazırda isti hava dalğasının təsiri Avropanın cənubunda hiss edilir. Son günlərdə yüksək temperatur İspaniyadan İtaliyanın cənub istiqamətinə doğru yayılıb.

Sardiniya adasında kölgədə temperatur 47 dərəcəyədək yüksəlib. Bu göstərici 2023-cü ilin iyulunda adada qeydə alınan 48,2 dərəcəlik rekorddan cəmi 1,2 dərəcə aşağıdır. Eyni zamanda, temperatur 2021-ci ildə Siciliyada qeydə alınmış 48,8 dərəcəlik Avropa rekorduna da yaxınlaşıb.

Sinoptiklərin proqnozuna əsasən, yaxın günlərdə İtaliya, Yunanıstan və Balkan yarımadasında temperatur nisbətən aşağı düşəcək. Buna baxmayaraq, Cənubi Avropada gündüz saatlarında 30-35 dərəcə isti davam edəcək.

Məlumata görə, gecə və səhər saatlarında da hava normadan isti olacaq. Bəzi bölgələrdə temperaturun 25 dərəcədən aşağı enməyəcəyi gözlənilir. Bununla yanaşı, əvvəlki pik göstəricilərlə müqayisədə havanın təxminən 10 dərəcə sərinləşəcəyi proqnozlaşdırılır.


A

Oxşar Xəbərlər