SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Dünya

Ukrayna Rusiya ordusunun yeni itki statistikasını açıqladı

👤 📅 👁 5 baxış ⏱ 1 dəq oxuma
Ukrayna Rusiya ordusunun yeni itki statistikasını açıqladı

Ukrayna Rusiya ordusunun itkiləri ilə bağlı yeni statistikanı açıqlayıb

XeberHub.com Axar.az-a istinadən xəbər verir ki, Ukrayna Baş Qərargahı Rusiya-Ukrayna müharibəsinin 1604-cü günü üzrə Rusiya ordusunun itkilərinə dair yenilənmiş məlumat yayıb.

Məlumata əsasən, Ukrayna tərəfi Rusiyanın indiyədək 1 milyon 424 min 620 hərbçi itirdiyini bildirib.

Açıqlamaya görə, Rusiya ordusu, həmçinin 12 144 tank, 24 940 zirehli döyüş maşını, 46 019 artilleriya sistemi, 1 936 reaktiv yaylım atəş sistemi, 1 492 hava hücumundan müdafiə sistemi, 437 hərbi təyyarə353 helikopter itirib.

Bundan başqa, Ukrayna Baş Qərargahı Rusiyanın 41 005 pilotsuz uçuş aparatı (PUA), 4 906 qanadlı raket, 120 727 avtomobil və xüsusi texnika, 1 919 yerüstü robot-texnika kompleksi, 33 gəmi və kater, 2 sualtı qayıq, eləcə də 4 420 xüsusi avadanlıq itirdiyini iddia edib.

Qeyd edək ki, bu göstəricilər Ukrayna Baş Qərargahının açıqladığı məlumatlara əsaslanır və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

A

Oxşar Xəbərlər

Şərhlər (0)

Şərh yazın