SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İdman

Argentina İngiltərəni məğlub edərək DÇ-2026-nın finalına yüksəldi

👤 📅 👁 11 baxış ⏱ 1 dəq oxuma
Argentina İngiltərəni məğlub edərək DÇ-2026-nın finalına yüksəldi

Argentina DÇ-2026-nın finalına yüksəldi

DÇ-2026-da ikinci finalçının adına aydınlıq gəlib. Son dünya çempionu Argentina yarımfinalda İngiltərə üzərində əzmkar qələbə qazanaraq finala vəsiqə əldə edib.

"Atlanta Stadium"da keçirilən qarşılaşmada İngiltərə hesabı açsa da, Lionel Skaloninin yetirmələri oyunda dönüş edərək iki cavabsız qol vurublar. Matç Argentinanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra Argentina dünya çempionatının finalında İspaniya ilə qarşılaşacaq.

Üçüncü yer uğrunda oyunda isə Fransaİngiltərə milliləri üz-üzə gələcək.

Qeyd edək ki, DÇ-2026-nın final görüşü iyulun 19-da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

A

Oxşar Xəbərlər

Şərhlər (0)

Şərh yazın