SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İdman

Messi və Bellinqem arasında qalmaqallı dialoq iddiası yayıldı

👤 📅 👁 8 baxış ⏱ 2 dəq oxuma
Messi və Bellinqem arasında qalmaqallı dialoq iddiası yayıldı

Messi ilə Bellinqem arasında müzakirə olunan dialoqun detalları yayıldı

Xeberhub.com xəbər verir ki, Argentina və İngiltərə milli komandaları arasında keçirilən qarşılaşmadan sonra Lionel Messi ilə Cud Bellinqem arasında baş verdiyi iddia olunan söhbət gündəmə gəlib.

Məlumata görə, jurnalistlərdən biri oyundan sonra Bellinqemdən Messi ilə nə danışdığını soruşub. İngiltərəli futbolçunun iddiasına əsasən, o, argentinalı ulduza onun uğurlarının arxasında müəyyən amillərin dayandığını və dünyanın bunu bildiyini söyləyib.

Bellinqem açıqlamasında Messiyə özünü xüsusi hiss etməməli olduğunu dediyini, həmçinin Kriştianu Ronaldonu ondan üstün hesab etdiyini bildirib.

İddialara görə, Lionel Messi isə Bellinqemin sözlərinə qısa şəkildə cavab verib: “Oynayaq, sonda görərik”.

Qeyd edək ki, Argentina - İngiltərə qarşılaşması argentinalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə ilk qolu Entoni Qordon vuraraq İngiltərəni önə keçirib. Argentina millisi Enso Fernandesin qolu ilə hesabı bərabərləşdirib.

Matçın son dəqiqələrində Lautaro Martines 90+2-ci dəqiqədə fərqlənərək Argentina yığmasına qələbə qazandırıb və komandasını finala yüksəldib. Argentinalıların hər iki qolunda Lionel Messinin ötürmələri əsas rol oynayıb.

A

Oxşar Xəbərlər