Xeberhub.com xəbər verir ki, "Bloomberg" agentliyinin hesablamalarına əsasən, 2026-cı ildə Avropada qeydə alınan ekstremal istilər indiyədək 25 mindən çox insanın həyatına son qoyub.
Məlumata görə, isti hava ilə əlaqəli ölüm hallarının ən çox qeydə alındığı ölkə Almaniya olub. Robert Kox İnstitutunun açıqladığı statistikaya əsasən, aprel ayından bəri ölkədə 11,9 mindən artıq insan vəfat edib. Onlardan 9 mindən çoxunun ölümü iyunun sonlarından sonra baş verib.
Bildirilir ki, bu yay Avropa qitəsi ardıcıl olaraq dörd güclü isti hava dalğasının təsiri altında qalıb. Meteoroloqların proqnozlarına görə, növbəti istilər artıq gələn həftədən etibarən başlayacaq.
Proqnozlara əsasən, avqustun 12-də Londonda havanın temperaturu 34 dərəcəyə, Parisdə isə 38 dərəcəyə qədər yüksələcək.