SON DƏQİQƏ İmişlidə iki avtomobil toqquşdu: iki sərnişin xəsarət aldı
Təhsil

Bakı Qızlar Universitetinin müəllimləri və texniki heyəti işsiz qalmaq təhlükəsi ilə üz-üzə

👤 📅 👁 9 baxış ⏱ 2 dəq oxuma
Bakı Qızlar Universitetinin müəllimləri və texniki heyəti işsiz qalmaq təhlükəsi ilə üz-üzə

Xeberhub.com xəbər verir ki, "Xəzər TV"-nin yaydığı məlumata görə, Bakı Qızlar Universitetinin onlarla müəllimi və texniki işçisi ali təhsil müəssisəsində fəaliyyətin dayandırılması fonunda iş yerlərini itirmək təhlükəsi ilə üz-üzə qalıb.

Bildirilib ki, universitetdə təhsil alan tələbələrin digər özəl ali məktəblərə köçürülməsi ilə bağlı qərar qəbul edilsə də, müəllim və texniki heyətin gələcək taleyi barədə hələlik rəsmi qərar açıqlanmayıb.

Universitetin müəllimləri qeyd ediblər ki, həm tələbələrindən ayrılmaq, həm də işsiz qalmaq ehtimalı onları ciddi narahat edir. Onların sözlərinə görə, əsas iş yeri Bakı Qızlar Universiteti olan əməkdaşlar hazırda qeyri-müəyyən vəziyyətdədirlər.

Uzun illər ali məktəbdə çalışan digər müəllim isə akademik və texniki heyətin əmək fəaliyyətinin davam etdirilməsi üçün aidiyyəti qurumların dəstəyinə ehtiyac olduğunu bildirib. O, işsiz qalmaq təhlükəsi ilə üzləşən əməkdaşların yeni iş yerləri ilə təmin olunmasına kömək göstərilməsini xahiş edib.

A

Oxşar Xəbərlər