SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Dünya

Hindistanda tunel çökdü: 9 işçi öldü, onlarla insan içəridə qaldı

👤 📅 👁 8 baxış ⏱ 2 dəq oxuma
Hindistanda tunel çökdü: 9 işçi öldü, onlarla insan içəridə qaldı

Xeberhub.com PTI agentliyinə istinadən xəbər verir ki, Hindistanın şimal-şərqində güclü yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində tunel çöküb və hadisə zamanı azı 9 işçi həyatını itirib.

Məlumata görə, torpaq qatının hərəkəti tunelin giriş hissəsini bağlayıb və içəridə çalışan işçilərin çıxış yolunu kəsib. Hazırda tuneldə 20-dən çox şəxsin olduğu bildirilir.

Xilasetmə əməliyyatları davam etdirilsə də, tuneldə qazın olması işlərin gedişinə mane olur. Bildirilir ki, kömək üçün əraziyə daxil olmağa çalışan bəzi xilasedicilərin vəziyyəti pisləşib, onların başı gicəllənib və bir neçəsi huşunu itirib.

Mütəxəssislərin ehtimalına görə, qaz torpaq sürüşməsi nəticəsində zədələnmiş yeraltı təbəqələrdən və ya dağ süxurlarından sızır.

Hadisə Hindistanın yağış mövsümünün davam etdiyi dövrə təsadüf edib. Ölkənin şimal bölgələrində musson yağışları adətən iyunun sonundan sentyabr ayına qədər davam edir və bu müddətdə illik yağıntının böyük hissəsi qeydə alınır.


A

Oxşar Xəbərlər